Həyatımızın sağlam və enerjili keçməsi üçün çərəzlər əsas köməkçi rolu oynaya bilər. Enerji Vulkanı (ballı çərəz) enerji verən ən gözəl qidalardan biridir. Tərkibində olan bal, qoz, fındıq, badam kimi çərəzlərin birçox faydalı xüsusiyyəti vardır. Qozun tərkibində olan E vitamini, polifenollar, “omeqa 3” yağı, maqnezium və amin turşusu yüksək antioksidant aktivliyə malikdir və iltihabla mübarizə aparmağa kömək edir. Fındıq və badam böyrək, baş ağrısı və qaraciyər ağrılarını sakitləşdirir, bədən və zehni yorğunluğu aradan qaldırır, şəkəri qanda tənzimləyir. Bal – tərkibindəki antioksidantlar damarların daralmasının qarşısını alır və normal qan dövranını bərpa edir. Balın ürək problemləri olanlar üçün çox faydaları var.
“Nehrə” firması olaraq əsas məqsədimiz kəndlə şəhər arasında “sağlam qida körpüsü”-nü yaradaraq şəhərdə yaşayan insanlara kənd ləzzətini daşımaqdır. “Nehrə” Azərbaycan bazarında yalnız keyfiyyətli və 100% təbii, yerli məhsulları təqdim edən eko – brenddir. İstehsal zamanı konservantlardan, əvəzləyicilərdən, süni əlavələrdən istifadə olunmur. Sizin sağlamlğınız bizim məqsədimizdir!