Kəsmik – insan orqanizmi üçün faydalı qidalardan biri olan, qatılaşmış süd məhsuludur. Tərkibində zülal, yağ və süd şəkəri ilə yanaşı əvəz olunmayan çoxlu metionin və amin turşuları, kalsium, fosfor, dəmir, maqneziumla zəngin olan kəsmik müntəzəm olaraq istifadə edildikdə orqanizmdə immuniteti gücləndirir, stressi aradan qaldırır, ürək-damar sisteminin işinə müsbət təsir göstərir. Kəsmiyin amin turşuları və doymamış yağ turşuları ilə zəngin olması onun bütün yaş dövrlərində qəbul olunmasını zəruri edir.
“Nehrə” firması olaraq əsas məqsədimiz kəndlə şəhər arasında “sağlam qida körpüsü”-nü yaradaraq şəhərdə yaşayan insanlara kənd ləzzətini daşımaqdır. “Nehrə” Azərbaycan bazarında yalnız keyfiyyətli və 100% təbii, yerli məhsulları təqdim edən eko – brenddir. İstehsal zamanı konservantlardan, əvəzləyicilərdən, süni əlavələrdən istifadə olunmur. Sizin sağlamlğınız bizim məqsədimizdir!