İnək qatığı kalsiumla zəngindir və orqanizm tərəfindən çox asan mənimsənilir. Qatıqda olan A, E,D, B qrupu vitaminləri, fosfor, zülallar, yağ, maqnezium, əvəzolunmaz aminturşular insan orqanizmi üçün çox vacibdir. Qatığın tərkibindəki süd turşusu təbii antibiotik sayılır və ziyanlı bakteriyaların çoxalmasına mane olur. O, zədələnmiş bağırsaqların daha tez bərpa olunmasına kömək etdiyi üçün həkimlər qatıq, ayran, dovğa kimi məhsulların qəbulunu məsləhət bilirlər.
“Nehrə” firması olaraq əsas məqsədimiz kəndlə şəhər arasında “sağlam qida körpüsü”-nü yaradaraq şəhərdə yaşayan insanlara kənd ləzzətini daşımaqdır. “Nehrə” Azərbaycan bazarında yalnız keyfiyyətli və 100% təbii, yerli məhsulları təqdim edən eko – brenddir. İstehsal zamanı konservantlardan, əvəzləyicilərdən, süni əlavələrdən istifadə olunmur. Sizin sağlamlğınız bizim məqsədimizdir!