Tərkibi: təbii inək südündən qaymaq. Saxlama müddəti: t 4±2 °C – də 4 gün.
Qaymaq südün üstünə yığılan yağlı hissəsidir. B12 vitamini olduqca yüksək olan inək südü mineral maddələrlə, dəmir, kalsium və fosforla da zəngindir. Həmçinin onun tərkibində olan kalsium sümük əriməsinin qarşısını almağa kömək edir və əzələləri vitamin və minerallarla qidalandıraraq möhkəmlənməsinə şərait yaradır.
“Nehrə” firması olaraq əsas məqsədimiz kəndlə şəhər arasında “sağlam qida körpüsü”-nü yaradaraq şəhərdə yaşayan insanlara kənd ləzzətini daşımaqdır. “Nehrə” Azərbaycan bazarında yalnız keyfiyyətli və 100% təbii, yerli məhsulları təqdim edən eko – brenddir. İstehsal zamanı konservantlardan, əvəzləyicilərdən, süni əlavələrdən istifadə olunmur. Sizin sağlamlğınız bizim məqsədimizdir!