Tərkibi: təbii inək südündən qaymaq. Saxlama müddəti: t 4±2 °C – də 4 gün.
Xama qaymağın alt qatında yığılıb qalan süd təbəqəsindən əldə edilir. Əsl xama qoxusuz, ağ və ya açıq sarı rəngli və qatı halda olur. Onun tərkibində əvəzolunmaz amin turşuları, asan sorulan yağlar, süd şəkəri, A, E, B2, B12, C, PP vitaminləri, fosfor və dəmir var və orqanizm tərəfindən asan sorulurlar. Xama yemək bağırsağın mikroflorasını normallaşdırır. İştahası az olanlara, qan azlığından əziyyət çəkənlərə, həzm problemləri yaşayanlara xama yemək çox faydalıdır.
“Nehrə” firması olaraq əsas məqsədimiz kəndlə şəhər arasında “sağlam qida körpüsü”-nü yaradaraq şəhərdə yaşayan insanlara kənd ləzzətini daşımaqdır. “Nehrə” Azərbaycan bazarında yalnız keyfiyyətli və 100% təbii, yerli məhsulları təqdim edən eko – brenddir. İstehsal zamanı konservantlardan, əvəzləyicilərdən, süni əlavələrdən istifadə olunmur. Sizin sağlamlğınız bizim məqsədimizdir!