Çatdırılma və Geri Qaytarılma
Çatdırılma və ödəniş siyasəti
Bakı şəhəri üzrə istənilən ünvana çatdırılma edirik.
- Sizin almaq istədiyiniz məhsular yalnız sifarişlər verildikdən sonra tədarük edilməyə başlandığından sifarişlərinizi 4-cü gün 21:00 – a kimi verməyinizi xahiş edirik. Çatdırılmaya əngəl olan qaçınılmaz hadisə səbəbindən baş verən gecikmələr zamanı sizə ən qısa müddətdə öncədən məlumat veriləcəkdir..
- Şəhəriçi çatdırılmalarda 45 azn-ə qədər olan sifarişlərdə maltəhvili mağaza deposunda həyata keçirilir.
- Şəhəriçi dəyəri 45 azn və üzəri olan sifarişlər pulsuz qeyd edilmiş ünvana çatdırılır.
- Çatdırılma günü sifarişi rəsmiləşdirildiyi zamana görə müəyyə ediləcəkdir.
- İstənilən halda sizə sağlam həyat arzu edirik!
Məhsulun geri qaytarılması siyasəti
Xahiş edirik, sifarişi təhvil alarkən bağlamanı kuryerin yanında açın və məhsullarınızı yoxlayın. Bu zaman keyfiyyətinə şübhə etdiyiniz məhsulu kuryer vasitəsilə geri qaytara bilərsiniz. Sifarişin keyfiyyətindən narazısınızsa, (+994) 55 680 00 55 / (+994) 12 310 00 65 nömrələri vasitəsilə bizimlə əlaqə saxlayıb məlumat verməyinizi xahiş edirik. Müraciətiniz qeydə alınacaq və tədarükçü ilə danışıqların aparılma müddətindən asılı olaraq 2 gün ərzində bu müraciətə baxılıb sizə məlumat veriləcəkdir.
Müraciət zamanı həmçinin əməl etməli olduğunuz bir neçə nüans var:
- Aldığınız məhsuldan nəsə hazırlamış olsanız belə,zəhmət olmasa, müraciətinizə cavab gələnə qədər onu saxlayın.
- Məhsulun vəziyyətini qorumaq üçün mütəxəssislərimizin tələbinə əsasən həmin məhsulu dondurucuda saxlayın.
- Məhsulun video və şəklini, müraciətinizi və sifariş nömrəsini customer@nehre.az ünvanına “Geri qaytarma ilə bağlı müraciət”
başlığı ilə göndərin. - Ehtiyac olarsa, məhsulu qaytarmaq üçün kuryer gələnə qədər saxlayın.
- Geri qaytarılan məhsulun keyfiyyətini analiz edib sizə məlumat verəcəyik.
Məhsul qaytarılarsa, ödənilən məbləğ ödəniş etdiyiniz karta və ya istəyiniz əsasında saytdakı hesabınıza balans olaraq yüklənəcək. Zəhmət olmasa, sifariş etdiyiniz məhsulların saxlama şərtləri və son istifadə tarixlərinə diqqət yetirin! Bütün malların saxlanma şərtləri “Məhsul haqqında məlumat” bölməsində göstərilmişdir.